Qarabağ üçün bir araya gəldilər VİDEO

Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül Əməkdar artist Sevda Ələkbərzadə ilə duet oxuyub. SİA-nın məlumatına görə, onlar birlikdə S.Ələkbərzadənin "Ulu vətən" adlı mahnısını ifa ediblər. Akgül bildirib ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub.

Sənətçi Türkiyə mediasına açıqlamasında ifaya klip də çəkdirəcəklərini söyləyib: "Klipi Ermənistanın Azərbaycanda mülki şəxslərə atəş açdığı yerlərdə çəkəcəyik. "Ulu vətən"i yenidən aranjiman etdik. Niyyətim müharibədə ziyan çəkən bölgələrə getməkdir. Buna nazirlik qərar verəcək.

Bir musiqiçi olaraq iki ölkə arasındakı qardaşlıq bağını sənət sahəsində də birləşdirməli olduğumuzu düşünürəm. Ən əsası isə dünya sənət və əyləncə aləminə, Azərbaycanda yaşananları və ölkəmlə olan dostluğunu göstərmək istəyirəm".

Qeyd edək ki, Akgül və Sevdanın Bakıda klip çəkilişləri başa çatıb.

https://youtu.be/IG3VbJTfIfY

Bütün xəbərlər Facebook səhifəmizdə