Röya: \"Mənim ətrafımdakı insanların hamısı axmaqdır\"

Röya: \"Mənim ətrafımdakı insanların hamısı axmaqdır\"

"Mən özümü ürəyim necə istəyir, elə də aparıram. Belə böyümüşəm. Axı mən bomba qızam ki, partlayıb, Röya olmuşam. Bomba oğlan və qızlar başqadırlar. Mən isə artıq partlamışıyam. Partlatmaqla da aram yaxşıdır". SİA Milli.Az xəbər portalına istinadən xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan 14 may tarixində ANS telekanalında yayımlanan "Kök altında" verilişinin qonağı olduğu zaman deyib. Röya insanın özünü necə aparması və davranışları ətrafında müzakirə apardı.

Aparıcı müğənnidən vəziyyətinin necə olduğunu soruşanda, o, belə cavab verdi: "Xalam qızları mesaj yazır: "Bilirik vəziyyət pisdir, amma əgər siz doğurdan da ayrılmısınız, bizə deyin, sizi barışdıraq. Mən də deyirəm ki, "yenə kim boşandı, üstümdə qaldı?" Sən demə bu dəfə boşanan elə özüm olmuşam. İnternet saytlarında yazıblar ki, "Röya boşanır". Xalam qızları bu sözləri mənə deyəndə, həyat yoldaşım yanımda idi. Odur ki, bunlar sadəcə şayiədirlər. Bunu yayan axmaq insanlardır. Belələri çoxluq təşkil edir. Mənim ətrafımdakı insanların hamısı isə lap axmaqdır. Evim dəlixana ocağıdır. Harda evdən qaçmış, yaddaşı sıfır olan, hər işini yarımçıq qoyub, axıra çatdırmayan varsa, məni tapır. Evdə çalışan qızı işdən ayırıram. Amma deyirəm ki, bir həftə gözlə, görək indi gələn səndən pisdirsə, qayıdarsan (gülür). İki dəfə dedim qaşıq gətir, gedib çəngəl gətirdi. Sonda da üzümə baxıb deyir ki, "Müdür, bura səy ocağıdır. Sən məni işdən çıxartma. Amma özümdə də var. Hərdən soyuducuda yatıram ki, qocalmayım", - deyə zarafat etdi.

Müğənni hələki ona verilməyən fəxri ad eşqindən də söz açdı: "Mənə fəxri adı rəva bilmirlər. Çünki o adı alanların "tısı" yatır. Onlar istəyər ki, mənim "tısım" çox olsun.

İfaçı uşaqlıq illərindən də danışdı: Anam deyirdi ki, "Səni heç yarımayasan". İndi ona deyirəm ki, "o qədər elə dedin. Yarıdım, lap belə dibinə qədər". İndi uşağım məni əsəbləşdirəndə, deyirəm ki, özümü öldürəcəyəm. Amma o məndən qorxmur. Ancaq qeyd edim ki, şıltaqlığımı bir kənara qoysaq ana və həyat yoldaşı kimi mən birinciyəm".

Röya xarici müğənnilərlə yerli ifaçılarımız arasında olan 5 fərqi sadaladı: "Onlar çox böyük konsert zallarında çıxış edirlər. Onlar çox bahalı və gözəl aparatura ilə səs yazdırırlar. Onlar bir ayda 5 dəfə ərə gedə bilərlər və onları heç kim qınamır". Bu zaman verilişin aparıcısı müğənnin sözünü kəsir: "Bizimkilər isə 5 ayda bir dəfə gedirlər", - dediyin an müğənni yenə söz altda qalmadı: "5 ildə istəmirsən? Oda getmirlər, getdirirlər. Qaldı ki 4-cü fərqə, bizimkilərdən fərqli olaraq, onların heç vaxt borcu olmur. 5-ci isə odur ki, onlar bizim toydan başqa heç bir toylara getmirlər"

Qed edək ki, verilişdə Röyadan başqa onun yaxın dostları müğənni Rəhim Rəhimli və prodüser Tolik də iştirak edirdi.

Verilişin ilk qonağı olan Rəhim iddia edir ki, o "Eurovision" yarışmasına getsə, Azərbaycanı qalib edəcək. Müğənni odu da əlavə etdi ki, şou-biznesdə özünü ən pis aparan şəxs Tolikdir.

Prodüser Tolikdə hər zaman olduğu kimi maraqlı çıxışları ilə yadda qaldı: "Səhnə fəaliyyətimizə nəzər salsaq, görərik ki, mən Röyadan da Rəhimdən də öndəyəm", - deyə o zarafatyana danışdı.

Verişdə tamaşaçılar sırasında əyləşən ahıl yaşlı kişi isə prodüserin adını dəyişdi. Aparıcı nə İllah etsə də, kişi Tolikə Tofiq deyə müraciət edirdi. Sonda prodüser tamaşaya təslim olaraq ona verilən adla müvəqqəti də olsa razılaşdı.

Verilişin sonunda studiyaya qayıdan Röya ayaqqabılarını çıxardıb, qaçırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə