“Müğənnilər hərbi geyimi geyinib, efirdə düşük-düşük danışırlar”

Müğənni Əflatun Qubadov hərbi geyimdə efirə çıxan həmkarlarına əsəbiləşib. SİA-nın məlumatına görə, ifaçı onları “ağ yuyub-qara sərib”: “Son günlər bəzi insanlar, xüsusilə də, şou-biznes nümayəndələrinin hərbi forma geyinib, efirə çıxması yolverilməzdir. Lazımsız insanlar həmin paltarı geyinib, hörmətdən salırlar. O, forma xalqımızın ən qiymətli xəzinəsidir. Hərbi formada əsgər, zabit görəndə qürurlanıram.

Sözügedən paltarı geyinib, efirdə düşük-düşük danışırlar. Kamera önündə pozlar verirlər.

Hərbi forma Polad Həşimovun, Mübariz İbrahimovun və onların timsalında digər qəhrəman oğullarımızın cəbhədə döyüş formasıdır.

Hərbi geyimi kim gəldi geyinə bilməz. Bu, düzgün deyil və qəbuledilməzdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...