Qardaşı şəhid olan azərbaycanlı müğənni hər kəslə vidalaşdı: “Daha aranızda ola bilməyəcəm” FOTOLAR

Xəbər verdiyimiz kimi, müğənni Xananın qardaşı Əmirxan Babayev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. SİA-nın məlumatına görə, şəhid bacısı olan ifaçı sosial şəbəkədə sevənləri ilə vidalaşıb: “Əziz izləyicilərim, vidalaşmaq vaxtı artıq gəlib, çatdı. Mən bir də sizin aranızda ola bilməyəcəm. Əvvəlki kimi deyib, gülə bilməyəcəm. Məni bağışlayın. Mənə yaraşmaz. Çünki mən artıq şəhid bacısıyam”.

Qeyd edək ki, Xana həmçinin “İnstagram” səhifəsindən bütün foto və videolarını silib.

Bütün xəbərlər Facebook səhifəmizdə