Azərbaycanın məşhur simaları “Eurovision” qələbəsini necə qarşıladılar? -SORĞU

Azərbaycanın məşhur simaları “Eurovision” qələbəsini necə qarşıladılar? -SORĞU

Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" beynəlxalq mahnı müsbaiqəsinin finalında Azərbaycanın qalıb olmasına tanınmış şəxslər biganı qala bilməyiblər. Onlar hislərini SİA ilə bölüşdülər.

Faiq Ağayev: "Bir il dərs keçdik. Yaxşı və ağıllı şagird kimi oxuyub, sonda 5 aldıq. Azərbaycan 4 il sərasər və çox böyük peşəkarlıqla, inam və iradə ilə iştirak edirdi. Bu ilə qədər olan zəhmətimiz nəhayət bəhrəsini verdi. Bu, bizim milli "Eurovision" komandamızın uğurudur. Burada İTV, İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, şəxsən Azərbaycan Respublikasının başçısının böyük əməyi var. Bilirsiniz ki, bizim xaricdə təmsilimiz yüksək səviyyədə diqqət mərkəzindərdir. Musiqidə böyük əziyyətlər çəkilib. Xüsusi ilə "Eurovison"a böyük əziyyətlər buraxılıb ki, bizim gənclər Azərbaycan musiqisini və eləcə də öz zəhmətlərini layiqincə nümayiş etdirsinlər\".

Mənsum İbrahimov: Eldarla Nigarın qələbəsi bütün Azərbaycan xalqına məxsusdur. Bu, bütün Türk dünyasının qələbısidir. Bu, aparılan məqsədyünlü işin qələbəsi oldu. Bu işdə əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Gənclərimiz sag olsunlar ki, bir daha dövlətimizi bütün dünyada tanıdıb, bayrağımızı qaldırdılar. Gələn il müsahibəyə Azərbaycan ev sahibliyi edəcək. Bizim evdə də sevincli bir gündür. Arzu edirəm ki, biz, bu şəkildə Qarabağımızın da qələbəsini qeyd edək. İnanırm ki, bu qələbənin davamı məhz o olar. Bu gün Azərbaycanın inkişafı bütün dostları sevindirir. Düşmənlərimizi isə xar edir. Bu, çox böyük qələbədir. Bir daha Azırbaycan xalqını təbrik edirəm\".

Flora Kərimova: "Bu qələbə bizim birləşməyimiz deməkdir. Bu, mənim üçün insanların bizə qarşı sevgisinin rəmzidir. Acığı birinci yerə çıxacağımızı gözləmirdim. Deyəndə ki, biz birinci yerə çıxa bilərik, inanmazdım. Düşünürdüm ki, alınmaz. Amma çox sağ olsun bizimkilər. İndi biz daha ürəklə danışacağıq. Biz, biri-birimizə dayaq olmağa qadirik\".

Rəhim Rəhimli: "Bu cür yüksək nəticəni gözləmirdim.Digər ölkələr bizimkilərin yanında zəif görsənirdilər. Daha heç kimi bəyənmədim. Eldar və Niga heç kim çata bilməzdi. Sevincimin həddi-hudud yoxdur. Müsabiqəyə dotlarımla birgə baxırdım. Düzünü deyim, öncə qalib gələcəyimizə inanmırdıq. Xallar gəldikcə, daha da ciddiyə aldıq. Axırda 20 xaldan çox fərqimiz olanda, anladım ki, qalibik. Bu il möhtəşəm olaraq Azərbayacan bütün dünyaya sübüt etdi ki, biz çox şeyə qadirik\".

Nərgiz Cəlilova: "Dünəndən bəri özümə gələ bilmirəm. O qədər sevinmişəm ki. Saat 6-ya qədər evimizin yanından maşınlar keçirdilər. Siqnallar verirdirlər, hər kəs sevinib, qışqırırdı. O yüksək əhval ruhiyyəni səhəri kimi hiss etmişəm. İnanıram ki, bu ovqat uzun müddət bizdə qalacaq. Bizə qələbə lazım idi. Dünən bütün Avropa bir daha \"Azərbaycan\" dedi. İndiki məqamda düz-əmməlli söz tapıb, deyə bilmirəm. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm\".

Xuraman Şuşalı: "AzərbayCan bayrağı bir daha yüksəyəklərə qalxdı. Açığı özüm üçün mütləq etmişdim ki, 3-cü yer bizimdir. Belə bir hissim var idi. Ancaq birinci yerin bizim olması lap əla oldu. Sevincimzin həddi-hüdudu yoxdur. Bu, bütün Azərbaycanın bayramıdır\".

Rəqsanə İsmayılova: "Açığı gözləmirdim. Səhəri kimi sevincdən yata bilməmişəm. Çox gözlənilməz və şokedici oldu. Səhərə kimi sevncdən ağlamışam. Dəhşətli dərəcədə sevinirəm. İnşallah Azərbaycanın bundan da böyük uğurlarını eşidərik. Nəyin ki, mahnı müsabiqəsində, digər bir sahələrdə də bundan böyük uğurlara imza ataq. Atacağına da inıram. Çünki biz çox güclü bir dövlətik. Biz sübüt etdik ki, hər şeyə qadirik. Bütün Azərbaycan xaqlını təbrik edirəm. Bnu işdə əməyi olanb hər kəsə təşəkkürümü bildirirəm".

NEXT qrupunun üzvləri: "Butun Azərbaycanlılar kimi biz də bu qələbəni sevinclə qarşıladı. Bildiyiniz kimi bir neçə gün öncə NEXT Gürcüstanda solo konsert proqrami ilə çıxış etmişdi. Biz orada səsvermə imkanı olan həmyerlilərimizə də dönə-dönə tapşırdıq ki, mütləq Azərbaycana səs versinlər. Azərbaycan adına qazanılan hər bir uğur bizim üçün sevindiricidir. İştirakçılara da öz üzərlərində işləməyi və nəaliyyətlərini artırmağı arzu edirik. biz NEXT komandası olaraq bu kimi istedadlı gənclərmizə dəstək göstərməyə hazırıq. Təbriklər!\".

Türkan

Bütün xəbərlər Facebook səhifəmizdə