"Belə bir dönəmdə hər birimiz məsuliyyətli olmalıyıq"

Müğənni-bəstəkar Murad Arif insanları məsuliyyətli olmağa çağırıb. SİA-nın məlumatına görə, ifaçı bu sözləri dilə gətirib: "Əziz və doğma yurdumun gözəl insanları, belə bir dönəmdə hər birimiz məsuliyyətli olmalıyıq. Hazırda Azərbaycanın hər yeri cəbhə bölgəsidir. Qayda-qanun, nizam-intizam olmayan cəbhə zəfər qazana bilər?

Terror, kütləvi qırğınlardan sığortalanmaq bilirsiniz nədir? Bilirsiniz bu günlər Dövlət Təhlükəsizliyi Xidməti hansı gərginliklə işləyir, nələrin qarşısını alıb? Siz bilirsiniz ki, şəhərdə asayiş pozulsa, bütün əməliyyatlara, strategiyaya, siyasətimizə xələldir?"

Bütün xəbərlər Facebook səhifəmizdə