"My name is İntiqam"ın atası xəstəxanalıq oldu FOTO

Lənkəran Dövlət Dram Teatrının aktyoru Niftulla Əsgərov xəstəxənalıq olub. SİA-nın məlumatına görə, bu haqda həmkarı Müşfiq Şahverdiyev xəbər verib. Belə ki, Şahverdiyev Əsgərovu xəstəxanada ziyarət edib və bu sözləri dilə gətirib: "Dildə "Sənətkaram" deyən çoxdur. Amma peşəkar və elin sevimlisi olmaq hər aktyora qismət olmur. Bu kişi əsl sənətkardır. Milyonlarla tamaşaçı sevgisini qazanmış Niftulla Əsgərov "My name is İntiqam" filminin ən uğurlu simasıdır. Orada İntiqamın, yəni mənim atam obrazında yer alıb.

Niftulla müəllim ürək əməliyyatı olunacaq. Sənətkara yaşayıb yaratmaq yaraşır".

Bütün xəbərlər Facebook səhifəmizdə