"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Türkiyəli müğənni Cem Belevi ilə aktrisa Zehra Yılmazın toyu təxirə düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb isə Azərbaycanda müharibə olmasıdır. Yılmaz buna görə toyun vaxtını dəyişdiyini açıqlayıb.

"Anam və atam Bakıda yaşayır. Azərbaycandakı müharibəyə görə toy etməyimiz düzgün deyil. Eyni zamanda koronavirus da davam edir. Ona görə də toyun tarixini dəyişdik" deyə, aktrisa mediaya açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...