Mətanət İsgəndərli konsert verdi, Tolik "yıxıb-sürüdü" VİDEO

Prodüser Tarix Əliyev (Tolik) Əməkdar artist Mətanət İsgəndərlini biabır edib. SİA-nın məlumatına görə, buna səbəb hazırda Türkiyədə olan ifaçının qardaş ölkədə konsertlər verməsidir.

Tolik sosial media hesabında sənətçinin konsert müraciətinin görüntülərini yayımlayaraq bu sözləri qeyd edib: "Bu, nə biabırçılıqdır. Mətanət İsgəndərli İstanbulda 2 gün konsert verəcək. O, buna görə insanlara səslənərək hər kəsi konsertə dəvət edir.

İsgəndərli deyəsən unudub ki, Azərbaycanın cəbhə bölgəsində müharibə gedir və hər gün şəhid xəbərləri alırıq. Mətanət hər gün yalandan "İnstagram" səhifəsində xalqa təsəlli videolarını yayır. Ayıb olsun!"

https://www.instagram.com/p/CGvXt--HMq-/?igshid=c5kgv9hd4x5g

Bütün xəbərlər Facebook səhifəmizdə