"Erməni vandalları Arturun gənc ömrünə son qoydular" FOTO

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisigilə qonaq gəlmişdi.

SİA-nın məlumatına görə, xəstəxanada olarkən aparıcı Hacı Nuran onu ziyarət etmişdi. Bu haqda aparıcının özü danışıb: "Gəncə terroru bütün bəşəriyyətə erməni vandallarının iç üzünü göstərən əsl güzgüdür. Bir həftənin içində iki dəfə günahsız insanları qanına qəltan etmək, dinc sakinləri yatdıqları yerdə öldürmək bütün insanlığa qarşı bir vəhşilikdir.

Dağıntılar altından yaralı çıxarılan 13 yaşlı Mayakov Artur Ramiz oğlu dünyasını dəyişdi. Milliyyətcə rus olan yeniyetmə Gəncəni dünya boyda sevirdi. Arzuları ürəyində qaldı. Erməni vandalları onun gənc ömrünə son qoydular. Neçə-neçə yeniyetməni, gənci, uşağı, körpəni öldürdükləri kimi... Artur, Allah sənə rəhmət eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...