"Mən də ağdamlı olaraq bu günü çoxdandır gözləyirdim"

Hazırda Türkiyədə yaşayan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev qardaş ölkədə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, idmançı Qarabağ haqqında danışıb: "Hazırda Azərbaycanda ermənilərlə müharibə gedir. Bu savaşda haqlı olan tərəf Azərbaycandır. Müharibədə şəhid olanlarımız var. Allah onlara rəhmət eləsin. Cənab Prezidentimiz İlham Əliyev və Ordumuz tezliklə Qarabağı işğaldan azad edəcək.

Mən də ağdamlı olaraq bu günü çoxdandır gözləyirdim. Mənim kimi bir çox idmançılar hər an cəbhə bölgəsində döyüşməyə hazırdır. Növbəmizi gözləyirik.

Onu da qeyd edim ki, hazırda Azərbaycanın yanında olan Türkiyə dövlətinə təşəkkür edirəm. Biz bir millət iki dövlətik. İnşallah Azərbaycan və Türkiyənin şanlı bayraqları Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...