Damla yaralı əsgərlərlə görüşdü FOTOLAR

Müğənni Damla xəstəxanaların birinə gedərək yaralı əsgərlərimizlə görüşüb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: “Yaralı əsgərlərlə görüşdüm. Onların vətənpərvərlik hissinə, həyata gülümsəməyinə heyranlıqla baxırdım. Qəlpə və güllə yaralarından can ağrısından qorxmadan yenə də döyüşə qayıtmaq istəyirdilər.

Onu da qeyd edim ki, yaralı əsgərlər millətimizin dəstəyindən, həkimlərimizin fədakarlığından ağızdolusu danışdılar.

Sizə qalxan əllər qurusun. Tezliklə zəfər bayramımızı qeyd edək. Sizinlə fəxr edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə