Möhtəşəm final gecəsində nələr baş verdi? - FOTOSESSİYA

Möhtəşəm final gecəsində nələr baş verdi? - FOTOSESSİYA

Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" beynəlxalq mahnı müsbaiqəsinin möhtəşəm finalı olub. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısını ifa edərək 1-ci yeri tutublar.

Finalçılar çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşib.

1. Finləndiya - Paradise Oskar - Da Da Dam
2. Bosniya və Hersoqovina - Dino Merlin - \"Love In Rewind\"
3. Danimarka - A Friend In London - \"New Tomorrow\"
4. Litva - Evelina Sašenko - C\'est Ma Vie
5. Macarıstan - Kati Wolf - What About My Dreams?
6. İrlandiya - Jedward - \"Lipstick\"
7. İsveç - Eric Saade - \"Popular\"
8. Estoniya - Getter Jaani - \"Rockefeller Street\"
9. Yunanıstan - Loucas Yiorkas feat. Stereo Mike - Watch My Dance
10. Rusiya - Alexej Vorobjov - Get You
11. Fransa - Amaury Vassili - Sognu
12. İtaliya - Raphael Gualazzi - Follia D\'Amore
13. İsveçrə - Anna Rossinelli - In Love For A While
14. Böyük Britaniya - Blue - I Can
15. Moldova - Zdob si Zdub - \"So Lucky\"
16. Almaniya - Lena Meyer-Landrut - Taken By A Stranger
17. Rumıniya - Hotel FM - \"Change\"
18. Avstriya - Nadine Beiler - \"The Secret Is Love\"
19. Azərbaycan - Eldar & Nigar - Running Scared
20. Sloveniya - Maja Keuc - \"Vanilija\"
21. İslandiya - Sjonni\'s Friends - Coming Home
22. İspaniya - Lucía Perez - \"Que me quiten lo bailao\"
23. Ukrayna - Mika Newton - \"Angels\"
24. Serbiya - Nina - Čaroban
25. Gürcüstan - Eldrine - One More Day

Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər. Bu səsvermə sistemi tez-tez tənqid edilir. Xüsusilə, iddia edilir ki, səsvermə "qonşuluq prinsipi" ilə aparılır. Bununla əlaqədar olaraq, 2009-cu ildən tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti hər bir ölkədən müsiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanır. Beləliklə, ümumi xal əldə olunur və ölkələrə verilir.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur.

İştirakçı ölkələrin sayı çox olduğundan, təsnifat mərhələsi - iki yarımfinal keçirilir. Müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də "Eurovision"un "böyük beşliyi" - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finaldan başlayır.

\"\"

\"\"

\"\"\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

Türkan

Bütün xəbərlər Facebook səhifəmizdə