Günay İbrahimli: “Füzulidə gözüyaşlı xatirələrim var” FOTOLAR

Əslən Füzulidən olan müğənni Günay İbrahimli illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, sənətçi ailəsinin və özünün Füzulidə başına gələn xoşagəlməz hadisələrdən danışıb: “O, illəri bir gün olsa belə unutmadım.

İsti ocağımızdan, yurdumuzdan olduq. Ya öləcəkdik, ya da əsir düşəcəkdik. Uşaqlığımı yaşaya bilmədim.

Gözüyaşlı xatirələrim var. Babam əsir düşdü. Ailəmin çətin günləri yadımdadır. Keçmişimi heç vaxt danmadım. Əksinə, o illərin ağrı-acısını görmüş, uşaqlıq illəri əlindən alınmış, torpağından qovulmuş ailənin övladı olduğum üçün qürurluyam.

Doğma torpağımızın azad edildiyi günü gözləyirdim, arzu edirdim.

İtkin düşmüş nənələr, babalar, atalar, analar, bacılar, qardaşlar, şəhidlər qisasınız alındı. Biz Füzuliyə gedirik.
Bu sevinci bizə yaşatdığınıza görə Cənab Prezident İlham Əliyevə, Ordumuza sonsuz təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə