Lalə Məmmədova qazimiz haqda: "Hamımız onun Vətən uğrunda itirilmiş qoluyuq" FOTOLAR

Əməkdar artist Lalə Məmmədova Vətən yolunda canından keçməyə hazır olan qazimiz Daməd İbrahimlinin evində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı onun haqqında bu sözləri dilə gətirib: "Masallı Ərkivan qəsəbəsi şücaəti, qəhrəmanlığı qarşısında baş əydiyimiz Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə bir qolunu itirmiş, Orduya könüllü yazılıb Vətən uğrunda mübarizədə qəhrəmanlıqla vuruşmuş qazimiz Daməd İbrahimli... Qəhrəmanlarımızı tanıyaq! Onların baxışları dimdik, əzmləri möhkəm, lazım gələrsə yenidən döyüşə qatılacaq qədər güclü və inamlıdır. Bizə valideynləri qarşısında yalnız baş əyib belə qeyrətli oğula görə təşəkkür etmək qalır. Onları yetişdirən, Vətənə bəxş edən ata-ana, əzizlər var. Daməd nişanlıdır. İnşallah toyunda iştirak etmək qismətimiz olsun. Hamımız onun Vətən uğrunda itirilmiş qoluyuq.

Onu da qeyd edim ki, qəhrəmanlarımızı bölgələrə ayırmağı sevmirəm. Daməd yaxın qohumum olduğu üçün ilk onunla görüşümüz baş tutdu.

Bunun ardınca Tovuz uğrunda döyüşlərdə şəhid olmuş mayor Anar Novruzovun ailəsi ilə görüşəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə