“Azərbaycan və Türkiyə eyni candır” FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu yeni klip çəkdirir. SİA-nın məlumatına görə, sənətçi “Qarabağ Azərbaycandır!” adlı yeni mahnını ekranlaşdırır.

Vətənpərvərlik mövzusunda çəkilən ekran işinin kadr arxası şəkillərini ifaçı sosial media səhifəsində yayımlayıb.
O, sözügedən fotolara bu sözləri qeyd edib: “Qarabağ Azərbaycandır! Türkiyə Azərbaycan bir ürək və candır”.

Qeyd edək ki, bəstənin sözləri Tural Davutluya, musiqisi ifaçının özünə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...