Xeyli müddətdir pərəstişkarlarını solo-konsert həsrətində qoyan İlqar Muradov şeytanın ayağının sındırmaq gərarına gəlib. SİA-ya məlumat verən əməkdar artistin sözlərinə görə, o, bu ilin sonuna qədər solo-konsert verməyi planlaşdırır: "Artıq uzun müddətdir söz vermişəm ki, pərəstişkarlarım, musiqisevərlər üçün solo-konsert verim. Ancaq müəyyən səbəblərdən konserti reallaşdırmaq mümkün olmayıb. Düşünürəm ki, payız aylarında solo-konsert layihəsi mütləq gerçəkləşəcək. Sözün düzü, mən tilsimə-filana inanmıram, ancaq konsert adı gələndə hər dəfə nəsə çıxır. Ona görə də konkret zaman deyə bilmirəm. Ancaq bu konserti verməyi çox arzulayıram".
İlqar Muradov \"Tənha royal\"ı da ekranlaşdırmağı nəzərdə tutub. Musiqisi Aygün Səmədzadəyə məxsus olan bu mahnıya klip çəkmək üçün isə müğənniylə bəstəkar rejissor axtarışına birgə çıxacaqlar. İlqar Muradovun sözlərinə görə, "Tənha royal"a çəkilən klip ilin sonuna qədər reallaşmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB