"Ən böyük arzum işğal olunan torpaqlarımızın geri alınmasıdır" FOTO

Aktrisa Pərvin Abıyevanın 30 yaşı tamam olub. SİA-nın məlumaına görə, o, bu haqda özü xəbər verib. Belə ki, Pərvin "İnstagram" səhifəsində hərbi geyimdə şəklini yayımlayıb və bu sözləri qeyd edib: "Artıq 30 yaşım oldu. Daha gənc qız deyiləm. Bu vaxta qədər çox arzularım olub və çoxunu da həyata keçirmişəm. Amma bu yaşımda ən böyük arzum hazırda Vətən uğrunda gedən döyüşlərimizin uğurla başa çatıb, ermənilər tərəfindən işğal olunan torpaqlarımızın geri alınmasıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Tanrı cəbhə bölgəsində olan əsgərlərimizə yar olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə