Məşhurlarımız "Qarabağ Azərbaycandır!"a görə bir araya gəldi FOTOLAR

Şou-biznesin tanınmış simaları bir araya gəlib. SİA-nın məlumatına görə, müğənnilər yeni layihəyə imza atacaqlar. Bu haqda Elvin Abdullayev xəbər verib: " Musiqisi özümə, sözləri Yaquba aid "Qarabağ Azərbaycandır!" adlı yeni mahnıya klip çəkdiririk.

Sözügedən ekran işində mənimlə birgə Günay İbrahimli, Səbinə Ərəbli, Kamil Cəfərov, Sadiq Məmmədov yer alacaq".

Qeyd edək ki, klipin rejissorluğunu Əli Zamansoy, Rasif Əliyev edəcək.

Ekran işindən çəkilən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə