Britaniya bayrağı əvəzinə Ermənistan bayrağı göstərilib

Britaniya bayrağı əvəzinə Ermənistan bayrağı göstərilib
Proqramda Azərbaycanla yanaşı, Britaniyanın bayrağı da Ermənistan bayrağına "çevrilib".
SİA Milli.Az xəbər portalına istinadən bildirir ki, mayın 13-də Rusiyanın İctimai Televiziyasında (ORT) aşkar ermənipərəstlik izharı olub. Andrey Malaxovun "Пусть говорят" ("Qoy, danışsınlar") proqramının "Eurovision-2011"-ə həsr olunmuş buraxılışında müsiqi müsabiqəsinin finalının favoritlərindən bəhs olunub. Proqramda Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifasında "Running Scared" mahnısının klipi təqdim edilərkən Azərbaycan yox, Ermənistan bayrağı göstərilib.

"Qoy, danışsınlar" belə yaramaz səhvlə kifayətlənməyərək, Böyük Britaniyanın "Eurovision-2011"-dəki təmsilçisinin çıxışını nümayiş etdirəndə də Britaniyanın bayrağı əvəzinə, Ermənistan bayrağını göstərib.

Rusiyanın ən nufuzlu və populyar telekanalında belə "səhv" təsadüf sayıla bilərdi, bir şərtlə ki, yanlışlıqlar dəfələrlə təkrar olunmayaydı və hamısı da birmənalı olaraq ermənipərəst səciyyə daşımayaydı.

Bütün xəbərlər Facebook səhifəmizdə