Azərbaycanın tanınmış müğənnisi Vasif Məhərrəmlinin falına birbaşa efirdə baxıblar. SİA-nın xəbərinə görə, bu ATV telekanalındakı \"Tanıdım səni\" verilişinin çəkilişlərində baş verib. Müğənni doğma Qazax rayonunda aparılan, iştirakçıların seçimində münsiflər heyətinin üzvü olub. Ona ən çox təsir edən müsabiqə iştirakçılarından biri - falçı Esmiranın dedikləri olub. V.Məhərrəmli Esmiranın dediklərinə qulaq asanda, hətta göz yaşlarını saxlaya bilməyib.
Kartları masaya düzən Esmira müğənninin həyatındakı bir sıra sirləri açaraq deyib: \"Vasif Məhərrəmli həmişə nədənsə qorxur və bu qorxu, onu tərk etmir. Vasifin ata tərəfdən qohumları ilə həmişə problemləri olub və bu qohumların sayəsində o, ağır itkilər verib. Vasif açıq saçlı, onun yaxın dostu olan qadından çəkinməlidir. Çünki bu qadın əslində müğənninin nüfuzuna ağır zərbə vurmağa çalışır\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB