Bu dəfə məşhurların övladları erməni vəhşiliyinə "yox" dedi VİDEO

Son günlər insanların işğalçı Ermənistanın törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün müxtəlif aksiyalar keçirir, video çarxlar hazırlayırlar. SİA-nın məlumatına görə, bunlar arasında incəsənət aləminin tanınmış simaları da yer alır.

Bu dəfə müğənnilər və aparıcılar yox, onların övladları kamera qarşısına keçiblər. Onlar əllərində erməni terrorunu dünyaya çatdırmaqla bağlı yazıların yer aldığı plakatlar tutublar.

Onlar arasında müğənni Elvin Abdullayevin oğulları Səid və Tuncay, Emil Bədəlovun qızı Səadət, Samir Piriyevin övladları Fərəh və Nicat, aparıcı Könül Muxtarovanın qızı İnci, Lalə Əlimuxtarovanın qızı Melisa, Turan və Nərmin İbrahimovanın oğlu Ömər və başqaları yer alıblar.

Sözügedən görüntüləri təqdim edirik:

https://ok.ru/video/2003834243796

Bütün xəbərlər Facebook səhifəmizdə