Erməni müğənni indi də Röyanın mahnısını oğurladı

Erməni müğənni indi də Röyanın mahnısını oğurladı

Erməni müğənni Sargis Abrahamyan Xalq artisti Röya Ayxanın "Bəlkə də" mahnısını oğurlayıb. SİA-nın məlumatına görə, o, "Youtube" kanalında yerləşdirdiyi ifasına "Heçel heçel" adını qoyub.

Qeyd edək ki, bəstənin musiqisi Pərviz Mahmudov, sözləri Leyli Erol İsrafilovaya məxsusdur.

Sargisin "Youtube"a yerləşdirdiyi ifası artıq kanaldan silinib.

Qeyd edək ki, bir neçə gün əvvəl Arşak Stepanyan adlı erməni müğənni Tunar Rəhmanoğlunun "Səndən insaf dilər yarim" bəstəsini oğurlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə