Ən çox şikayət edilən serial hansıdır?

Ən çox şikayət edilən serial hansıdır?
Türkiyənin Radio və Televiziya Təşkilatının başçısı Davud Dayansın türk seriallarının son dövrdə texniki olaraq çox uğurla hazırlandığını, qonşu ölkələr də olmaqla 33 ölkəyə ixrac edildiyini söyləyib. O, bunun özləri üçün də qürur qaynağı olduğunu bildirib. Texniki baxımdan yaxşı hazırlanan serialların məzmunları ilə əlaqədar müxtəlif zamanlarda tamaşaçılar tərəfindən şikayətlərin gəldiyini xatırladan Dayansın ən çox şikayətin də açıq-saçıqlıq mövzusunda olduğunu söyləyib.

Son dövrdə ən çox şikayət edilən serialların hansı olması ilə bağlı suala Dayansın maraqlı cavab verib: \'\'Möhtəşəm yüzyıl\" serialının birinci və ikinci hissələri yayımlananda ciddi şikayət qəbul edirdik. Amma indi şikayətlərdə ciddi bir azalma var. Şikayətləri qəbul etdikdə onlarda yayım pozuntusunun olub-olmadığını araşdırırıdıq. Pozuntu halı olanlara qarşı lazımlı tədbirlər görülüb\".

Televiziyada ana xəbər bülletenlərini də qiymətləndirən Dayansın insanların qüruru nəzərə alınmadan göstərilən xəbərlərdən daha çox şikayət edildiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə