Roza Zərgərli "Bakı vaxtı ilə"nin yeni mövsüm buraxılışını vətənpərvərlik mövzusuna həsr etdi FOTOLAR
Müğənni Roza Zərgərlinin "Bakı vaxtı ilə" proqramı uzun fasilədən sonra yenidən efirə qayıdır. SİA-nın məlumatına görə, verilişin yeni mövsüm buraxılışı vətənpərvərlik mövzusuna həsr edilib. Proqramın qonaqları Xalq artisti İlqar Muradov və Əməkdar artist Gülüstan Əliyeva olacaq.
R.Zərgərli bildirib ki, yeni mövsümdə studiyada dəyişikliklər edilib. Müğənni, eyni zamanda, maraqlı ideyalarla ilboyu tamaşaçıların qarşısına çıxacağını deyib.
"Bakı vaxtı ilə" oktyabrın 13-də saat 23:15-də ATV-də yayımlanacaq.
Fotoları Elmir Mikayılov lentə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə