Müğənni Günel Zeynalova "Qarabağ hesab günü" adlı yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, sənətçi ifası üçün videoçarx da hazırlatdırıb. Mahnının musiqisi və sözləri ifaçının özünə məxsusdur. Günel bildirib ki, sözləri yazarkən ona Gülşah Karqılı da yardım edib.
Mahnıda son günlər Ermənistan ordusunun Azərbaycan cəbhəyanı bölgələri atəşə tutmasından, Türkiyənin bizə dəstəyindən bəhs edilib.
Zeynalova yeni işi haqqında bu sözləri deyib: "Həm qürurdan göz yaşı tökürəm, həm kədərdən şəhid olan igid əsgərlərimizə dua edərək, Allahdan rəhmət diləyirəm. 30 illik həsrətimiz sona çatır. Bu gün bizimlə birlik olan dövlətlərə təşəkkür edirəm".
https://youtu.be/2IgUtGNGc1c
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB