Dünyaca məşhur bacılar erməniləri dəstəkləyən Kim Kardaşyana etiraz etdilər FOTOLAR
Dünyaca məşhur bacılar Bella Hadid və Gigi Hadid Kim Kardaşyana etiraz ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb erməni əsilli realiti-şou ulduzu Kardaşyanın Ermənistana dəstək olması olub. Belə ki, Kim bacısı Kloe ilə birlikdə video çəkərək sosial şəbəkədə yayımlayıblar və hər kəsi ermənilərə dəstək olmağa çağırıblar.
Digər tərəfdən isə Kardaşyan erməni ordusuna 1 milyon dollar yardım edib. Onun erməni terroruna dəstək olmasını Bella və Gigi mənfi qiymətləndirib və uşaq ölümünü dəstəkləyən postlar yayımlayan Kardaşyanları sosial şəbəkədə izləmədən çıxarıblar.
Qeyd edək ki, Giginin müğənni sevgilisi Zeyn Malik Fələstindəndir. Onun bacısı Saşa Malik isə bir neçə gündür ermənilərin Azərbaycanda mülki əhalini atəşə tutması haqda postlar yayımlayır.
.jpg)

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB