Mübariz Tağıyev: \"Eldar&Nigar dueti finalda da yarımfinalda olduğu kimi çıxış edərsə, ilk beşliyə ümid bəsləmək olar\"

Mübariz Tağıyev: \"Eldar&Nigar dueti finalda da yarımfinalda olduğu kimi çıxış edərsə, ilk beşliyə ümid bəsləmək olar\"
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar və Nigarın çıxışı yerli müsiqi ictimaiyyəti arasında müzakirə olunmaqdadır. SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın xalq artisti Mübariz Tağıyev Eldar & Nigar duetinin çıxışından razı qalıb: "Yaxşı ki, narahatlığım özünü doğrultmadı və onlar layiqli çıxış etdilər. Bek-vokal da yaxşı idi, duet də. Çıxış yaxşı qurulmuşdu. Xüsusilə aranjimanı bəyəndim".

M.Tağıyev hesab edir ki, duet finalda da yarımfinalda olduğu kimi çıxış edərsə, ilk beşliyə ümid bəsləmək olar.

Digər iştirakçıların çıxışlarına gəlincə, Litva, Yunanıstan və Gürcüstan təmsilçiləri xalq artistinin bəyəndiyi ifaçılar olublar. "Təəssüf ki, Türkiyə finala yüksələ bilmədi. Amma erməni ifaçı falş oxuyaraq, olduqca pis çıxış etdi", - deyə M.Tağıyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə