Türkiyəli müğənni Sərdar Ortaç verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, sənətçi son günlər Azərbaycan Ermənistan sərhədində baş verənlərdən danışıb: "Ölkə başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Biz hamımız türkük. Qarabağ getdi və Azərbaycan 30 il gözlədi. Səbr etdi, bir söz demədi. Artıq bəsdir. Hazırda doğru edirsiniz. Əgər sən danışmağı bacarmırsansa, məcbur müharibə olacaq. Qarabağ bizim torpaqlarımızdır. İnşallah, müharibə tezliklə bitər, Qarabağ Azərbaycana keçər və xəritə yenidən çəkilər".
Ortaç "Dəvət edilsəniz, Qarabağda konsert verməyə gələn ilk sənətçilərdən olarsınız?" sualına "Əlbəttə, həmin an gələrəm" cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB