Məşhur şoumen Kamran Həsənlinin Azərbaycan toylarının təşkili formasını tənqid etməsi birmənalı qarşılanmayıb. SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, əməkdar artist Səməd Səmədov məsələyə belə münasibət bildirib: "Mən Kamran Həsənlinin bəylə gəlinin ayrı deyil, qonaqlarla oturmalı olması fikrilə qətiyyən razılaşmıram. Bəylə gəlin onsuz da qonaqlarla şəkil çəkdirən zaman söhbətləşir. Onlar qonaqların yanında əyləşsələr, bu, toy yox, başıpozuq bir məclis olacaq. Qonaqların toya pul yazılmalı olmaması fikrilə də razı deyiləm. Bu, Azərbaycanın çox gözəl ənənəsidir – gənclərə dəstək lazımdır. Mən hətta ailə başçısını itirmiş şəxslərin yas məclislərinin də belə dəstəklənməsinə tərəfdaram".
Bununla yanaşı, S.Səmədovun K.Həsənli ilə razılaşdığı məqam da var. O, toyxanalarda səsin həddindən artıq yüksək olduğunu etiraf edib və bunun həllini vacib adlandırıb. "Bu, demək olar ki, həlli mümkün olmayan problemdir. Odur ki, bu məsələni çözəcək şəxsi Nobel mükafatına layiq görmək olar. Çünki aşağı səslə çalıb-oxuyan zaman toy sahibi özü də bundan əsəbləşir", - deyə S.Səmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB