Nəhayət Nəsrin Cavadzadə azərbaycanlı olduğunu xatırladı FOTO

Nəhayət Nəsrin Cavadzadə azərbaycanlı olduğunu xatırladı FOTO

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, aktrisa əynində Azərbaycan bayrağı olan köynəklə foto çəkdirib və yayımlayıb.

Nəsrin paylaşımına "Yurdum, yuvam məskənimsən" qısa şərhini yazaraq ürək işarəsi qoyub. Aktrisa paylaşımında şərh bölümünü bağlayıb. Buna səbəb isə onun günlərdir sosial şəbəkələrdə tənqid edilməsi olub.

Cavadzadənin sentyabrın 27-dən işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhəyanı bölgələrini atəşə tutması, Azərbaycanın qələbələri ilə bağlı heç bir paylaşım etməyib. Azərbaycanlı izləyiciləri Nəsrini tənqid atəşinə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə