SİA müğənni Xəyyam Nisanovla Gün.Az saytına müsahibəsini təqdim edir:
- Yeni albomunun işıq üzü görməsi münasubətilə təbrik edirəm...
- Təşəkkür, bu mənim sayca 3-cü albomumdur.
- Əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Bu albomda olan 16 mahnıdan yalnız 1-i yəhudi dilində, qalanları isə rus dilində olacaq. Məqsəd, albomun Rusiya bazarında satıçını təşkil eləməkdir.
- Olmaya, Rusiya şoubiznesinə qoşulmağı düşünürsən?
- Təkliflər gəlsə də, hələlik belə bir qərar verməmişəm. Işıq üzü görən "Tı daleko" albomu ilə mən dünyada yaşayan azərbaycanlılara müasir Azərbaycan şansonunu çatdırmaq istəmişəm. Albomda əsasən bəstəkarlar Vaqif Gərayzadə, Elçin İmanovun mahnıları yer alıb.
- Bəs bizim üçün albom nə vaxt olacaq?
- Azərbaycandilli albomum üzərində işlər artıq bitmək üzrədir.Yay aylarında 11 mahnıdan ibarət albom artıq satışda olacaq. Burada bəstəkar mahnıları ilə bahəm xalq mahnıları da yerləşdirəcəyəm.
- Bəs bu yaxınlarda baş tutan Araşın toyuna necə gedib çıxmışdın?
- Mən orada iştirak edən yeganə Azərbaycan müğənnisi idim. Bizim Araşla 7 illik dost münasibətimiz var və mən oraya getməyə bilməzdim. Əminəm ki, eyni uğurla Araş da mənim toyumda işirak edəcək.
- Yoxsa toy eləmək fikrin var?
- Bəli, var. Bu il evlənməyi düşünürəm.
- Aha, deməli, sevdiyin qız var?
- Yox, yoxdur.
- Yəni sevgisiz evlənəcəksən?
- Niyə ki?
- Yaxşı, onda belə çıxış görüşdüyün biri var?
- Əvvəllər olub, amma indi yoxdur.
- Anladım, aşiq olmaq istəyirsən...
- Bəli, ümid edirəm ki, bu il nəhayət qismətim qarşıma çıxacaq və mən ona bir könüldən min könülə aşiq olaraq evlilik təklif edəcəyəm (gülür).
- Ümumiyyətlə, nə vaxtsa sevgisiz ailə qura bilərsən?
- Bu mümkün deyil! Yalnız sevib evlənəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB