Müğənni Roza Zərgərli cəbhə bölgəsinə yollanıb. SİA-nın məlumatına görə, sənətçi Azərbaycan Ordusunun son günlər torpaqlarımızın işğaldan azad edilməsindən danışıb: "1989-cu ildə atam Rusiyadan Azərbaycana köçdü. Çünki torpaqlarımız ermənilər tərəfindən amansızcasına zəbt olunurdu.
Atam hərbçi olduğu üçün müharibənin hər çətin üzünü görmüşdüm. Həmin illərdə müharibə şəraitində yaşamaq heç də asan deyildi. İndi hər şey fərqlidir. Şükür ki, indi Azərbaycan güclü orduya sahibdir. İndi biz tarix yazırıq. Bu yaşanan tarixi günləri gördüyüm üçün çox xoşbəxtəm. Hazırda döyüşdə olan elə gənclər var ki, bu hadisələr olanda doğulmamışdı. Amma indi onlar Vətən üçün canlarından keçirlər.
Qələbə xəbərləri məni o qədər qürurlandırır ki, "İnstagram" səhifəm az qala xəbər portalına çevrilib. Hər gün məlumatları, cəbhədən gözəl görüntüləri paylaşmaqdan zövq alıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB