Aparıcı Hacı Nuran Füzuliyə yola düşüb. SİA-nın məlumatına görə, aparıcı əsgərlərlə görüşüb. O, cəbhə bölgəsindən şəkillər çəkdirərək sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: “Füzuli, bu Vətəni və xalqını necə sevməyəsən axı?... Ön və arxa cəbhənin bir yumruq kimi birləşdiyi tarixi məqamları yaşayırıq. Azərbaycan xalqı bu günlərdə yeni tarix yazır. Bu tarixin canlı şahidləriyik.
Amma 30 il səbr etdik. Səbr edik ki, güclü və yenilməz orduya sahib olaq. Səbr etdik ki, ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşiliyi dünyaya hayqıraq. Beləcə o gün gəlib, çatdı. Yeni işğaldan azad etdiyimiz torpaq elə bunun sübutudur. Daha biz məcburi köçkün deyilik. Biz qalib, azad Vətənin övladlarıyıq. Bu Vətənin oğlu olduğum üçün fəxr edirəm”.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB