Məşhur rusiyalı teleaparıcı Andrey Malaxov Azərbaycanın "Eurovision-2011"dəki şanslarını qiymətləndirib. SİA Day.Az saytına istinadən xəbər verir ki, Malaxov Rusiyanın bu ilki müsabiqədə qələbə qazanmayacağına əminliyini bildirib: "Düşünürəm ki, qalib Macarıstan, Fransa, Azərbaycan və ya İrlandiya olacaq", - deyə Malaxov bildirib: "Azərbaycanın şanslarının yüksək olduğunu düşünürəm. Duetiniz ilk üçlükdə təmsil olunmaq iqtidarındadır. Fikrimcə, Azərbaycan gələn il Bakıda "Eurovision"u Avropa səviyyəsində təşkil edə biləcəyinə inandırsa, siz birinci yeri tutacaqsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB