SİA "ATV maqazin" jurnalına istinadən müğənni Elnur Məmmədov haqqında 30 faktı təqdim edir:
1. Doğulduğu tarix, bürcü, ili:
1982-ci il, oktyabrın 24-ü. Əqrəb bürcü, İt ili.
2. Ailəsi:
2 bacının bir qardaşı - sonbeşiyəm. Atam Rafiq Məmmədov bir vaxtlar xanəndə olub. Azərbaycan Dövlət Filarmoniyasında konsertlər keçirib, "Qızıl fond"da səsi var.
3. Harada yaşayır:
Biləcəri qəsəbəsində.
4. Necə uşaq olub:
Çox tərbiyəli və utancaq.
5. Uşaqlıq hobbisi:
Marka yığmışam. Gözəl qadın silueti, fantastik, qanadlı insanlar çəkməyi, plastilindən insanlar, gildən füqurlar düzəltməyi xoşlayırdım.
6. Məktəbdə sevdiyi dərs:
Rəsm, rəsmxətt, tarix. Riyaziyyatı heç sevmirdim.
7. Tək qalanda nə edir:
Tək qalsam ürəyim partlayar. Ona görə də hələ də valideynlərimlə yaşayıram.
8. Ev işlərində kömək edir:
Yox. Mənə çay-çörək verən olmasa, ac qalaram.
9. Sevdiyi və sevmədiyi yemək:
Kotlet və kartof qızartması. Amma bu günə kimi xaşın dadını bilmirəm.
10. Sevdiyi meyvə:
Meyvə yeyə bilmirəm. Şirəsini çəkib içirəm.
11. Son dəfə muzeydə nə vaxt olub:
11-ci sinifdə C.Cabbarlının ev muzeyində olmuşam.
12. Sevdiyi film:
Fantastik filmləri, melodramaları sevirəm.
13. Əsəbiləşəndə nə edir:
Otağın qapısını bağlayır, heç valideynlərimi də içəri buraxmıram.
14. Heyvan saxlayır:
İtlərdən dəhşət qorxuram. Balaca, ağ ovçarka almışam ki, böyüyənə kimi ona öyrəşim.
15. Səhnədəki hiyləsi:
Mahnılarımın sözləri yadımda qalmır deyə, kağızı özümlə səhnəyə çıxardıram.
16. Gündə neçə saat yatır:
Səhər 9-da yatıb, 4-də oyanıram.
17. Xoşladığı qadın tipi:
Uzunsaçlı qız görəndə həsrətlə baxıram.
18. İlk sevgisi:
Sinif yoldaşım olub. Onunla nəfəs alırdım. Məktəb bitdi, amma ona olan sevgim hələ də yaşayır. Bilirdim ki, mən ailə qurmağa hazır olanda, onun üçün artıq gec olacaq. İndi o, ailəlidir.
19. Necə həyat yoldaşı istəyir:
Söz-söhbət yaratmayan, xanım-xatın, mədəni, qeyrətli, namusunu qoruyan, şən qız olsun.
20. İndiyədək saxladığı sirri:
Bizim ailədə oğlan uşağı qalmırdı. Məndən əvvəl Anar adında çox gözəl bir qardaşım olub. Amma 1 yaşı tamam olan günün səhəri sap-sağlam uşaq göyərərək, ölüb. Mən doğulandan sonra valideynlərim məni 2 il heç kimə, hətta ən yaxın qohumlara belə göstərməyiblər.
21. İnsana nəyi bağışlamaz:
Şərəfsizliyi, alçaqlığı.
22. Dostları:
"Şeron" qrupunun uşaqları, bir də - Natavan, Röya, Səidə, Xuraman, Elnarə.
23. Necə istirahət edir:
Evdə, kompüter arxasında. Fotoşopda işləməyi çox sevirəm. Əcayib oyuncaqlarla oynayıram, konstruktor yığıram. İndi də royal almaq istəyirəm.
24. Nəyi xoşlamır:
Uşaqlıq şəkillərimə baxmağı xoşlamıram. Heç kimə də baxmağa icazə vermirəm. Çünki bütün şəkillərdə sıxılmağım, utancaqlığım hiss olunur.
25. Bəyəndiyi aktyor, aktrisa:
Fəxrəddin Manafov, Kevin Kostner, Brüs Uillis və Afaq Bəşirqızı.
26. Xoşuna gələn qız adı:
Çoxdur
27. Xoşladığı içki:
Spirtli içki içmirəm. Şirin alma şirəsini xoşlayıram.
28. Fobiyası:
Təyyarə. Son dəfə Maldiv adalarından qayıdanda, Dubaya enəndə təyyarə göydə 3 dəfə hava boşluğuna düşdü.
29. Tez-tez işlətdiyi kəlmə:
"Açıq deyirəm".
30. Ən böyük arzusu: Ev alıb, tezliklə evlənmək.
Maşını: Volkswagen Touareg
Telefonu: Nokia 6700
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB