Müğənni Nadir Qafarzadə də bəzi həmkarlarından geri qalmayıb. SİA-nın məlumatına görə, ifaçı Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat vəsait köçürüb. Bu haqda sənətçinin özü məlumat verib: “Allah şəhidlərimizə rəhmət eləsin. Tanrı yaralı əsgərlərimizə şəfa versin.
Onu da qeyd edim ki, bir çox məşhurlar Xalq artisti Emin Ağalarov, Nuri Sərinləndirici, Tarix Əliyev Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər. Mən də bu sıralara qoşuldum. İmkanlı şəxslərin də bu addımı atmalarını xahiş edərdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB