Klassik ifaçı şou-biznes aləminə heç vaxt qoşulmayıb. Ancaq bəzən həmkarları tərəfindən keçirilən tədbirlərdə iştirak edir. Elə bu günlərdə mərasimlərdən birində fürsət tapıb İlqar Muradovla söhbət etdik.
Məlum oldu ki, İlqar Muradov hazırda paralel olaraq bir neçə yeni layihə üzərində çalışır. Ən maraqlısı isə odur ki, İlqar Muradov ardıcıl olaraq bir neçə gənc müğənni ilə duet şəklində mahnılar ifa etməyə hazırlaşır. SİA xəbər verir ki, müğənni bu barədə Milli.Az xəbər portalına danışıb: "Gəncləri dəstəkləmək lazımdır. Xüsusilə də onların içində istedadlıları görəndə çox sevinirəm. Mənə elə gəlir ki, musiqiyə bağlı olan hər bir insan çalışmalıdır ki, gənc nəslə bu sənəti sevdirsin. Bu həm də gənclərə böyük dəstək və kömək məqsədi daşıyır. Əgər mənim də gənclərə zərrə qədər bir köməyim varsa, buna yalnız sevinirəm. Bundan zövq alıram. Əsas odur ki, gənclərə kömək etmək istəyirəm. Ola bilsin ki, duet parçalardan hansınasa klip də çəkilsin".
Onu da qeyd edək ki, İlqar Muradov "Yeni Ulduz-2" layihəsindən tanınan gənc müğənni Lamiyə Novruzova ilə də duet oxuyacaq. Artıq duet üçün mahnı da seçilib. Sözləri Mikayıl Müşfiqə, musiqisi Elçin İmanova məxsus olan bir mahnı üzərində artıq tamamlanma işləri aparılıb. Bundan əlavə əməkdar artist Xalidlə də duet oxumağa hazırlaşır. Bu duetin musiqisi Tünzalə Ağayevaya, sözləri İsmayıl Dadaşova aiddir. İlqar Muradovun duet ortaqları arasında digər gənclərin də adlarını saymaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB