Prodüser Tarix Əliyev (Tolik) xaricdə yaşayan azərbaycanlılara səslənib. SİA-nın məlumatına görə, Tolik göz yaşlarına hakim ola bilməyib və bildirib ki, Vətənini çox sevir: "Azərbaycan hamımızın Vətənidir. Bu Vətəni sevib, qorumaq lazımdır. Azərbaycanın bir qarışını belə pisləmək olmaz. Bura hər kəsin evidir. Vətənimi çox sevirəm.
Dövlətim də mənim üçün əzizdir. Ona görə ki, xalqı üçün əlindən gələni əsirgəmir.
Ünvanıma "pis və mundar adamam" deyin. Mənim üçün fərqi yoxdur. Amma xaricdə yaşayanlar, Azərbaycanı pisləməyin. Allah sizə lənət eləsin. Bu ölkə toxunulmazdır. Biz azərbaycanlılar burada yaşayırıq.
Onu da qeyd edim ki, hazırda yaşadığım evi və idarə etdiyim avtomobili xalqımdan qazandığım pullarla əldə etmişəm (ağlayır)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB