İlkin Əhmədov cəbhə bölgəsində FOTOLAR

İlkin Əhmədov cəbhə bölgəsində FOTOLAR

Əməkdar artist İlkin Əhmədov cəbhə xəttinə gedib. SİA-nın məlumatına görə, xanəndə bu haqda özü məlumat verib. Belə ki, oradan əsgərlərə şəkil çəkdirərək sosial şəbəkədə yayımlayıb.

İfaçı paylaşımına bu sözləri əlavə edib: “Əziz əsgər və zabit qardaşlarım, Allah sizləri qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Yaralı əsgərlərimiz, tezliklə sağlamlığınıza qovuşasınız.
Şanlı və güclü Azərbaycan ordusu yaşasın!”

İ.Əhmədov ardınca müğənni Rövşən Əzizlə şəklini yayımlayıb. O, bildirib ki, Rövşən əsgərlərə dəstək olaraq onlara sovqatlar gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə