"Ordumuzla fəxr edirik"

Əməkdar artist Mətanət İsgəndərli Vətən yolunda şəhid olan əsgər analarına səslənib. SİA-nın məlumatına görə, ifaçı onlara bu sözləri deyib: "Əziz şəhid anaları, dərdiniz dərdimdir. Mən sizi çox yaxşı başa düşürəm. Allah sizə səbr və dözm versin.

Tanrı ordumuzu qorusun, yaralılara şəfa versin.

Bu günlərdə əsgərlərimiz şəhidlərimizin qanını yerdə qoymur. Ermənilərlə döyüşərək onları məhv edir. Azərbaycan torpaqlarından çıxardır. Biz hələ çox qələbələr qazanacayıq. Biz ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan!"

Bütün xəbərlər Facebook səhifəmizdə