Namiq Qaraçuxurlu: "Bundan sonra mən özümü sənə bənzədəcəm" FOTOLAR
Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə hər kəsi kövrəldəcək paylaşım edib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, özünü ona oxşadan və meyxana demək kimi bacarığı olan fanatı cəbhə bögəsində şəhid olub: "Elşən Tərtərli həm fanatım, həm də özü mənə bənzərdi. Meyxana demək kimi bacarığa malik idi. Bir müddət öncə orduya könüllü yazılsa da, növbəsi çatana kimi Vətən üçün bacardığını edirdi. 4 gün öncə qardaşı Xaliqlə birlikdə eyni niyyətlə evdən çıxıblar. Yenə şəhidimiz vardı. Elşən dindar olduğu üçün şəhidlərimizin meyitini öz əlləri ilə yuyur, Xaliqlə birlikdə qan verib, hərbçilərimizə ərzaq yardımı edirdilər.

Qardaşlar geri döndükdə xain ermənilərin atəşi nəticəsində bir polisimizin yaralandığını görüblər. Onlar güllələnən polisə tərəfə qaçıblar. Ermənilər tərəfindən atılan mərmi qəlpələri Elşənə və Xaliqə də dəyib. Elşən dərhal, Xaliq isə bir neçə dəqiqədən sonra şəhid olub.
İllərlə özünü mənə bənzədən Elşən, bundan sonra mən özümü sənə və qardaşın Xaliqə bənzətməyə çalışacağam. Şəhidliyiniz mübarək!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB