Xəyyam Nisanovun “Tı daleko” albomunun təqdimat mərasimi keçirilib

Xəyyam Nisanovun “Tı daleko” albomunun təqdimat mərasimi keçirilib
Bu gün seçilən müğənnilərdən biri olan Xəyyam Nisanovun "Tı daleko" albomunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, albom Bakıda "STS production" tərəfindən hazırlanıb.

Tədbirdə müğənni Xəyyam Nisanov, bəstəkar – şoumen Murad Arif və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə bəstəkar – şoumen Murad Arif açıb. Onun sözlərinə görə, albomdakı mahnılar rus dilində ifa olunub və burada 16 mahnı yer alıb. "Albomda tanınmış bəstəkarlar Vaqif Gərayzadə, Elçin İmanov və Sergey Kolisniçenkonun mahnıları yer alıb. Albom artıq Rusiyada da satışa buraxılıb".

Tədbirdə söz alan müğənni Xəyyam Nisanov bildirib ki, tez-tez qastrol səfərlərində olmağıma baxmayaraq "xeyir vətənə qalsın" devizini əlində rəhbər tutaraq növbəti albomunu da Azərbaycan musiqi şirkətində hazırlatmağından çox məmnundur. Müğənni söyləyib ki, albomdakı fotolar Zaur Zaman tərəfindən çəkilib. X.Nisanov onu da əlavə edib ki, mahnı seçimləri, eləcə də tərtibatla Murad Arif məşğul olub.

Qeyd edək ki, tədbirin davamında müğənni jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə