Sənubər İsgəndərli: "Bu günlər tarixə yazılacaq" AÇIQLAMA

Sənubər İsgəndərli: "Bu günlər tarixə yazılacaq" AÇIQLAMA

Əməkdar artist Sənubər İsgəndərli cəbhə xəttində baş verən hadisələrdən söz açıb. SİA-ya açıqlama verən aktrisa əsgərlərimizə dəstək olub: "Çətin və şərəfli günlər yaşayırıq. Amma bu günlər tarixə yazılacaq. Bu tarixi də Vətən oğulları yazacaq. Yolunumuz haqq yoludur. Allah da hər zaman haqq yoluna işıq saçır. Ordumuzun başının üstündə Allah, arxasında Prezident İlham Əliyev və xalq durur. Əsgərlərimiz, hamımız yolunuzu gözləyirik. Qələbə sevincini birlikdə yaşayacağıq. Tanrı əsgərlərimizin qollarına və ayaqlarına qüvvət versin. Allaha əmanət olun".

Bütün xəbərlər Facebook səhifəmizdə