Natəvan Həbibi Azərbaycanı Beynəlxalq müsabiqədə təmsil edəcək

Natəvan Həbibi Azərbaycanı Beynəlxalq müsabiqədə təmsil edəcək
Türkiyənin Dənizli şəhərində türkdilli ölkələrin gənc ifaçılardan ibarət televiziya mahnı müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, 14-16-da iyun tarixində keçiriləcək "Turkcevizyon Muzik Festivali 2011" festivalında Azərbaycanı tanınmış müğənni Natəvan Həbibi təmsil edəcək: "Bu müsabiqənin əsas məqsədi türkdilli ölkəkərin müasir musiqi incəsənətini təbliğ etməkdir. Festivalda iştirak edən qruplar və ifaçılar iki mahnı ilə çıxış edəcəklər. Bu ifalar biri isə türk dilində səslənəcək", - deyə Natəvan bildirib.

Qeyd edək ki, festivalda həmçinin Albaniya, Bosnyia və Hersoqovina, Bolqariya, Gürcüstan, Qazağstan, Qırğızstan, Kosova, Şimali Kipr, Makedoniya, Qaqauz (Moldova), Özbəkistan, Rumıniya, Başqırdıstan (RF), Tatarstan (RF), Suriya, Türkiyə, Türkmənistan, Ukrayna və Yunanstandan olan müsabiqəcilər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə