Azərbaycanlı müğənni: "Çağırılsam, döyüşə də gedəcəm" FOTO
Cəbhədə olan əsgərlərimizə yardım etmək üçün keçirilən qanvermə aksiyasına müğənni Elvin Abdullayev də qoşulub. SİA-nın məlumatına görə, sənətçi klinikalardan birində qan verib. Elvin bildirib ki, hazırda qan verərək əsgərlərə dəstək olur: "Lazım gələrsə, cəbhəyə də yollanaram. Çağırılsam, döyüşə hazıram. Vətən uğrunda döyüşmək hər birimizin borcudur.
İllərdir işğal altında olan torpaqlarımızın geri qaytarılmasını gözləyirik. Qələbə qazanacağımıza inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB