Aynişan Quliyeva: “Onlar yaxşı bilir ki, mən bu sənətdə tək deyiləm”-MÜSAHİBƏ
SİA əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc ifaçı Aynişan Quliyevanın Milli.Az xəbər portalına verdiyi müsahibəsini təqdim edir.
- Aynişan, fəaliyyətin dövründən bu günə qədər qarşını kəsən hər hansı problemlər olubmu və problemləri dəf etmək üçün nə etmisən?
- Hazırda elə də problemlər yoxdur. Problem ola da bilməz. Çünki hamı anamı tanıyır. Adətən, insanı bu sənətdə tək görəndə üstünə hücum edirlər. Onlar yaxşı bilir ki, mən bu sənətdə tək deyiləm. Son vaxtlar çox gözəl həyat məktəbi keçdim. Çox ikiüzlülüklərin, aldadan insanların şahidi oldum. Üzünə gülüb, arxanca danışan insanları gözümlə gördüm. Belə bir vəziyyət mənim üçün xoş olmadı. Bəzi insanlar var ki, bu cür vəziyyətdə deyib-gülürlər. Özlərini rahat hiss edirlər. Mən isə əksinə, həmin vaxtlarda çox pis idim. Hazırda isə güclənmişəm. İnsan həm fiziki və mənəvi gücə sahibdir. Mən mənəvi baxımdan güclənmişəm. Bu, mənəvi gücüm məni irəli aparacaq və buna da əminəm. Hesab edirəm ki, hər bir işimin alınıb-alınmaması qismətlə bağlıdır. Hər şeyin yaxşı olacağına inanıram və heç kim qabağımda bəhs edə bilməyəcək.
Əlavə olaraq bir məsələni də qeyd edim ki, forumlarda da haqqımda yazırlar. Fərqi yoxdur, pis, yaxud yaxşı... Fikirlərin hamısı mənim üçün maraqlıdır. Pis yazanlar mənə çox böyük güc verirlər. Onlara inad daha da çox çalışıram. Sadəcə olaraq, onlar bilsinlər ki, mən yıxılan insanlardan deyiləm və məni heç bir yolla, heç bir vəchlə ləkələyə bilməzlər. Özüm bilirəm ki, nəyəm, kiməm! Əgər düşünürlər ki, yazdıqları xətrimə dəyir. Əsla! Əksinə, onlar mənə güc verirlər. İstəyirəm ki, bir az da artıq tənqid etsinlər. Onların fikri-zikri ancaq Aynişandır. Belə başa düşürəm ki, onlar məni pisləmək, gözdən salmaq üçün elə yazırlar. Amma mən gülürəm. Ümumiyyətlə, "Eurovision"dan sonra çox yalanlar gördüm ki, onlar mənə dərs oldu. Onu da bildirim ki, həmin insanların əksəriyyəti musiqi ilə məşğul olanlardı. Çünki hər şeyə qısqanclıqla yanaşırlar. Hər kəs bilsin ki, bədbin insanların fikirləri mənə təsir etmir.
- Şou-biznesdə yaxşı və pis amillərin şahidi olursan. Gördüklərin sənə təsir edirmi?
- Uşaqlıqdan çalışıram ki, həyatdan yaxşıları götürüm. Nümunə olaraq deyim ki, estradamızda olan bəzi müğənnilər məndən inciyiblər. Onlar deyirlər ki, biz sənin yanında olduğumuz halda, niyə məhz müğənni Samira xanımın adını çəkirsən? Deyirəm ki, mən Samira xanımı həm insan kimi, həm də müğənni kimi çox bəyənirəm. Ümumiyyətlə, məndən soruşanda ki, kimdən öyrənirsən, cavabında deyirəm ki, Samira xanımdan öyrənirəm. Azərbaycanda yalnız Samira xanımdan öyrənirəm. Burada da qəlbə dəyiləsi bir şey yoxdur. Çünki əksər estrada ifaçılarının ifalarında türk çalarları var və bunu da estrada hesab etmirəm. Çünki özümü savadsız kimi qələmə verə bilmərəm. Samira xanım savadlı və mənə dayaq olan ifaçıdır. Ondan çox şey öyrənirəm. Xarici müğənnilərdən Beyonsı, Rihannanı çox xoşlayıram. Amma dəqiq bir ifaçı yoxdur ki, ona pərəstiş edim. Konkret bir insanın etdiklərini təkrarlasan, istər-istəməz həmin insanın surəti olursan.
Əcnəbilər üçün öz musiqiləri doğmadır. Onlar gözlərini açandan öz musiqilərini eşidiblər. Amma bizim üçün həmin musiqilər yaddır. Onların öz milli, bizim də öz milli musiqimiz var. Düzdür, biz onlar kimi onların mahnılarını mükəmməl ifa edə bilmərik. Amma biz öz musiqimizlə xariciləri təəccübləndirə bilərik. Çalışmaq lazımdır ki, ifamız savadlı olsun. Məsələn, bəzi insanlar R&B deyir, rok oxuyur. (gülür) Gərək onlar təkmilləşələr ki, kənardan baxanda gülüş hədəfinə çevrilməsinlər.
- Əsasən hansı janrda mahnılar ifa edirsən?
- R&B, slou, blüz janrlarında mahnılar ifa edirəm. Lirik rok janrında da mahnı ifa etmişəm. Amma ağır rok janrından xoşum gəlmir.
- Sənin ifa etdiyin mahnıların janrı ilə anan Aybəniz Haşımovanın janrı fərqlidir. Elə vaxt olur ki, janrların fərqliliyinə görə, ananla aranızda ziddiyyət təşkil edəcək məqamlar, münaqişələr olsun?
- (gülür) Yox, nə münaqişələr?! Əksinə münasibət yaxşı olur. Verilişə gedəndə maraqlı olur. Anam milli mahnılar, mən isə xarici estrada mahnıları oxuyuram. Bizdə elə ziddiyyət yoxdur. İstəyirəm ki, yaxın vaxtlarda muğamları ifa etməyi öyrənim. Əgər kimsə muğam oxuyarsa, dərhal həmin muğamı tanıyıram. Bu özü də bir bacarıqdır. Çünki hələ də muğamlarımızı bilməyənlər var. Amma hələ də ifa etməyi bacarmıram. İstəyirəm ki, muğamı ifa etməyi bacarım. Ola bilsin ki, muğamı çox eşitdiyimizə görə, bizə adi gəlsin. Amma muğam xaricdə çox maraqla qarşılanır. Düzdür, mən dəstgah oxuyan deyiləm. Hər halda, ritmik mahnının içərisində ritmik muğamdan bir parça ifa etmək ürəyəyatımlı olar.
- Son da sualım şəxsidir. Sənə elçi gələnlər olurmu?
- 20 yaşım var. (gülür) 14 yaşımdan mənə elçi gəlirlər. Sadəcə olaraq, bu haqda heç vaxt düşünməmişəm. Uşaq vaxtı cehizdən, evlənməkdən danışılanda utanırdım. Düzdür, ailə vacibdir. İnsana ailəsi qalır. Gərək layiq olan insanı tapıb, onunla ailə qurasan ki, firavan yaşayasan. Boş-boşuna ailə qurmaq olmaz. Çünki onun da sonu yoxdur. Hazırda bu barədə düşünmürıəm, yaşım da azdır. Hələ ki, sənətimlə məşğulam.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB