"Məni təhqir edəni polisə şikayət etdim"

Müğənni Aslan Hüseynov sosial şəbəkə ilə bağlı başına gələn hadisədən danışıb. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb: "İnstagram"da ünvanıma təhqirlər yazıldı. Söyüş yazan istifadəçini polisə şikayət etdim. Polislər həmin şəxslə birgə valideynlərini də gətirdi. Salyanda yaşayırdılar. Şəxsiyyətimə toxunan sözlər yazmışdı. Məndən üzr istədi. Kimsə təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram".

Bütün xəbərlər Facebook səhifəmizdə