Xeyli müddətdir xəstə olan Ağakərimin yeni görüntüləri VİDEO

Xeyli müddətdir səhhətində ciddi problem olan meyxanaçı Ağakərimin yeni görüntüləri yayılıb. SİA-nın məlumatına görə, onun yeni videosunu həmkarı Ağamirzə Məmmədov "İnstagram" hesabında yayımlayıb.

Meyxanaçını ziyarətə gedən ifaçı həmkarlarının ona salamını çatdırıb.

Görüntülərdə insult keçirən Ağakərimin danışmaqda çətinlik çəkdiyi, yataq xəstəsi olduğu diqqətdən qaçmayıb.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə