"Nofəlin ölümü ilə bağlı yazılanlara görə özümüzdən utanırıq" VİDEO

Musiqiçi Nofəl Süleymanovun qardaşı Əlibəy Süleymanov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Süleymanov gitara ifaçısının oğlunun durumundan danışıb: "Nofəlin ölümü ilə bağlı yazılanlara görə özümüzdən utanırıq. Hadisə sırf səhlənkarlıq nəticəsində baş verib.

Ailənin içində olduğum üçün ürəyimdə zərrə şübhə yaranmadı. Axşamdan hazırlaşıblar ki, ailəliklə rayona getsinlər. Ov həvəskarı idi, silahı vardı. Oğluna deyib ki, Şövqü, silahı boşalt, gətir təmizləyək. Qismət belə gətirdi ki, Nofəlin ölümü oğlunun əli ilə oldu. Oğlu elə haldadır ki, evə qapanıb".

Qeyd edək ki, mərhum haqda sosial şəbəkədə bir çox xəbər yayılmışdı. Onun ailəsinə xəyanət etdiyi yazılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə